525.Az

"İrəli" Sabirabad və Lənkəranda regional turnirlər keçirdi


 

"İrəli" Sabirabad və Lənkəranda regional turnirlər keçirdi<b style="color:red"></b>

"İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycan İntellektual Birincisi" layihəsinin regional seçim turları davam edir.

Təşkilatdan verilən məlumata görə, noyabrın 25-də Sabirabadda Aran iqtisadi rayonu üzrə turnir keçirilib. Seçim turunda Saatlı, Salyan, Beyləqan, Hacıqabul, Şirvan, Neftçala, Sabirabad, İmişli və Kürdəmirin gənc intellektualları iştirak ediblər. Saatlı komandası "Xəmsə", "Nə? Harada? Nə zaman?", Kürdəmir komandası "Axtar Tap", Sabirabad komandası isə "Vətəni tanı" intellektual oyununda qalib gəlib.

Noyabrın 26-da isə Lənkəranda regional turnir olub. Seçim turunda Biləsuvar, Lənkəran, Cəlilabad, Yardımlı, Lerik və Astaranın gənc intellektualları iştirak ediblər.

Lənkəran komandası "Xəmsə", "Nə? Harada? Nə zaman?", Biləsuvar komandası "Axtar Tap", Yardımlı komandası isə "Vətəni tanı" formatında keçirilən intellekt yarışda qələbə qazanıb.

Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Qeyd edək ki, "Azərbaycan İntellektual Birincisi" layihəsi ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. Layihə hazırda davam edir. Artıq 10 regional turnir başa çatıb.

CEYHUN

 





29.11.2017    çap et  çap et