525.Az

Sevdiyi qıza məktub yazdı, sonra intihar etdi


 

Sevdiyi qıza məktub yazdı, sonra intihar etdi<b style="color:red"></b>

Bakının Binəqədi rayonu ərazisində sevgi faciəyə çevrldi. Rayon Prokurorluğundan verilən məlumata görə, rayon ərazisində 21 yaşlı Mirnemət Kazımov özünü kirayə yaşadığı binanın 17-ci mərtəbəsindən atıb.

Bədən Tərbiyəsi və İdman Akademiyasının 4-cü kursunda təhsil alan M.Kazımovun ölümündən əvvəl sevdiyi qıza yazdığı məktub da istintaqçıların əlinə keçib. Onun özünü atdığı eyvanda gənc bir qızın fotosu tapılıb. Fotonun arxasında “Hər şey sənə görədir. Məni yaşamağa qoymadın” məzmunlu sözlər yazılıb. Görünür, məktubu mərhum tələbə yazıb və sonradan intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

milli.az

 





07.06.2013    çap et  çap et