525.Az

Sumqayıtda iş adamının evindən külli miqdarda pul oğurlanıb


 

Sumqayıtda iş adamının evindən külli miqdarda pul oğurlanıb<b style="color:red"></b>

Sumqayıtda iş adamının evindən külli miqdarda pul oğurlanıb.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu il aprelin 21-də, Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü İlkin Quliyevin evindən 21 min manat, 100 min rus rublu və 5000 manat dəyərində qızıl-zinət əşyaları naməlum şəraitdə oğurlanıb. Araşdırmalar zamanı məlum olub ki, oğru evə açar seçmə yolu ilə daxil olub.
 
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, 1978-ci il təvəllüdlü Mayis Akif oğlu Mirzəyev iyunun 6-da tutularaq istintaqa təhvil verilib.
 
Polisdən həmçinin bildirilib ki, zərərçəkən İ. Quliyev biznesmendir.
 
Faktla bağlı araşdırma aparılır.

 





07.06.2013    çap et  çap et