525.Az

Ağcabədiyə 3 milyon manat ayrıldı


 

Ağcabədiyə 3 milyon manat ayrıldı<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Ağcabədi şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
APA-nın məlumatına görə, Ağcabədi şəhərində 25 çoxmənzilli binanın əsaslı təmirinə başlanılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Prezidentin ehtiyat fondundan Ağcabədi Rayon İcra Hakimiyyətinə 3 milyon manat, o cümlədən, 25 çoxmənzilli binanın əsaslı təmiri üçün 2 milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1 milyon manat ayrılıb.
 
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
 





29.11.2017    çap et  çap et