525.Az

“MiQ” şirkətinin aparıcı konstruktoru intihara cəhd etdi


 

“MiQ” şirkətinin aparıcı konstruktoru intihara cəhd etdi<b style="color:red"></b> Rusiyanın  “MiQ” Təyyarəqayırma Şirkətinin aparıcı konstruktoru intihara cəhd edib.
 

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin yaydığı açıqlamada bildirilir.
 
Şirkətin yüksək rütbəli əməkdaşının xəstəxanaya yerləşdirildiyi bildirilir.
 
Məlumata görə, aparıcı konstruktorun həmkarları vaxtında intihara cəhdin qarşısını alaraq təcili tibbi yardım çağırıblar. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.
 
Qeyd edək ki, intihara cəhd edən şəxsin adı açıqlanmır.
 





30.11.2017    çap et  çap et