525.Az

“Bütün ölkələr Şimali Koreyadan səfirlərini geri çağırmalıdır”


 

“Bütün ölkələr Şimali Koreyadan səfirlərini geri çağırmalıdır”<b style="color:red"></b> Bütün ölkələr Şimali Koreyadan səfirlərini geri çağırmalıdır.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert bəyan edib.
 
“Bütün ölkələr rəsmi Pxenyana qarşı iqtisadi və diplomatik təzyiqi gücləndirməlidirlər. Şimali Koreyadan olan əmək miqrantları isə ölkələrdən çıxarılmalıdır. Çünki miqrantların əldə etdiyi  gəlir KXDR-in nüvə-raket proqramına sərf edilir”, deyə o əlavə edib.
 
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini bəyan edib. Ötən gün Şimali Koreya növbəti dəfə ballistik raket sınağı keçirib.
 





30.11.2017    çap et  çap et