525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb.
 
Qurumdan 525.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarına gəlincə, əsasən axşam və gecə şimşək çaxacaq, yağış yağacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 24-29 dərəcə,  dağlarda gecə 7-12,  gündüz 16-21 dərəcə isti olacaq.
 





07.06.2013    çap et  çap et