525.Az

KTMT terror təşkilatlarının vahid siyahısını hazırladı


 

KTMT terror təşkilatlarının vahid siyahısını hazırladı<b style="color:red"></b> Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin rəhbərləri terrorçuluqla mübarizə naminə BMT-yə üzv dövlətləri və beynəlxalq təşkilatları geniş koalisiya çərçivəsində birləşməyə çağırıb. 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə KTMT üzv ölkələrin rəhbərlərinin qəbul etdiyi birgə bəyannamədə deyilir.
 
Bundan başqa, Belarus XİN rəhbəri Vladimir Makey KTMT-də terror təşkilatlarının vahid siyahısının hazırlandığını bildirib.  
 
Qeyd edək ki, bu gün Minskdə  Kollektiv Təhlükəsizlik Şurasının iclası keçirilib.
 





01.12.2017    çap et  çap et