525.Az

Ümumdünya QİSC-lə Mübarizə Günüdür


 

Ümumdünya QİSC-lə Mübarizə Günüdür<b style="color:red"></b>

Ümumdünya QİÇS-lə Mübarizə Günü hər il dünyada dekabrın 1-də qeyd edilir. Dünyada HİV virusunun artım sürəti təqvimdə onunla bağlı beynəlxalq gün ayrılmasına səbəb olub. Bütün dünyada həmin gün QİÇS epidemiyası haqqında, onun bəşəriyyət üçün doğurduğu fəlakətinin miqyası, XX əsrin vəbası hesab olunun infeksiyanın XXI əsrə adlayaraq təhlükə törətməsi barədə danışılır.

AzərTAc xəbər verir ki, Ümumdünya QİÇS-lə Mübarizə Günü 1988-ci ildən qeyd edilir. 1981-ci il iyunun 5-də Amerikada Xəstəliklər Üzərində Nəzarət Mərkəzinin aşkar etdiyi QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) bəşəriyyətin üzləşdiyi ən dəhşətli xəstəliklərdən birinə çevrilib. Həmin günün beynəlxalq səviyyədə qeyd edilməsi dünyanın bütün regionları üzrə yayılan HİV-infeksiyanın və QİÇS-in pandemiyası ilə mübarizədə səylərin birləşdirilməsinə xidmət edir.

Statistikaya görə, hazırda dünyada 15 yaşdan 39 yaşa qədər olan əhali arasında 35 milyon nəfərdən çox immun çatışmazlığı virusuna yoluxan var.

 





01.12.2017    çap et  çap et