525.Az

Azərbaycan və Əfqanıstan prezidentlərinin təkbətək görüşü oldu


 

Azərbaycan və Əfqanıstan prezidentlərinin təkbətək görüşü oldu<b style="color:red"></b> Bu gün prezident İlham Əliyevin Azərbaycanda işgüzar səfərdə olan Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani ilə təkbətək görüşü olub.
 
APA-nın xəbərinə görə, Əfqanıstan prezidentini prezident İlham Əliyev qarşılayıb.
 
Prezidentlər birgə foto çəkdiriblər.
 
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransının əhəmiyyəti qeyd edilib.
 
Bu səfərin ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
 
Görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə edilib.
 





01.12.2017    çap et  çap et