525.Az

Bakıda partlayış: ana və iki oğlu yaralandı


 

Bakıda partlayış: <b style="color:red">ana və iki oğlu yaralandı</b> İyunun 6-da saat 01.00 radələrində Bakı şəhərinin Xəzər rayonu ərazisində partlayış hadisəsi baş verib.

525.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Şüvəlan qəsəbə sakini Ülkər Quliyevanın mənzilinin hamam otağında qızdırıcının nasazlığından yanğına keçən partlayış baş verib.
 
Hadisə nəticəsində dağıntı olmayıb. Yanıq xəsarətləri almış Ü.Quliyeva və oğlanları Xəyal və Həsən xəstəxanaya yerləşdirilib.
 
Faktla əlaqədar araşdırmalar aparılır.
 





07.06.2013    çap et  çap et