525.Az

Xətainin 530 illiyinə həsr olunmuş sərgi açıldı


 

Xətainin 530 illiyinə həsr olunmuş sərgi açıldı<b style="color:red"></b>

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində Şah İsmayıl Səfəvinin anadan olmasının 530 illiyinə həsr olunmuş “Xətainin qılıncı və qələmi” mövzusunda Respublika Konfransının təşkil etdiyi fərdi sərginin təqdimatı olub.

Sərgidə əməkdar rəssam Mübariz Əkbərovun əl işləri nümayiş etdirilib.

Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri akademik Rafael Hüseynov, Gənclər və idman komitəsinin sədri Fuad Muradov, digər deputat Rövşən Rzayev, əməkdar rəssam Rais Rəsulzadə, sənətşünas, professor Kübra Əliyeva, bir sıra tanınmış aktyorlar, ictimai xadimlər və media nümayəndələri iştirak ediblər.

Çıxışçılar fərdi sərgi münasibətilə Mübariz Əkbərovu təbrik ediblər.

Deputat Rafael Hüseynov çıxışı zamanı bədii metalişləmə-silahdüzəltmə sənətinin Azərbaycan tarixindəki yerindən, sənətin gələcək nəsillər üçün önəmindən və əməkdar rəssam Mübariz Əkbərovun yaradıcılıq fəaliyyətindən söz açıb.

O bildirib ki, Mübariz Əkbərov Azərbaycanda bədii metalişləmə sənət nümunələri yaratmaq nöqteyi-nəzərindən öndə olan sənətçilərdən biridir. Və bu baxımdan yaxın zamanlarda əməkdar rəssamın yaradıcılığını əks etdirən albom nəşr ediləcək.

Tədbirin sonunda iştirakçılar sərgi ilə tanış olublar.

ŞAHANƏ

 





02.12.2017    çap et  çap et