525.Az

Messinin qardaşı 3,5 il müddətinə azadlıqdan məhrum edilə bilər


 

Messinin qardaşı 3,5 il müddətinə azadlıqdan məhrum edilə bilər<b style="color:red"></b> “Barselona” futbol klubunun hücumçusu Lionel Messinin qardaşı Argentina məhkəməsinin qərarı ilə həbs edilib.
 
APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, Matias Messi qanunsuz silah saxlamaqda ittiham olunur.
 
Qeyd edək ki, M.Messi hazırda xəstəxanadadır. M.Messi katerlə gəzinti zamanı sahilə yan alarkən qəzaya uğrayıb və nəticədə müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə gələn polis əməkdaşları katerin göyərtəsindən qanunsuz tapança aşkarlayıblar. 

Matias 3,5 il müddətinə həbs cəzasına məhkum edilə bilər.
 





04.12.2017    çap et  çap et