525.Az

Prezident Aİ xüsusi nümayəndəsi ilə Qarabağ nizamlanmasını müzakirə etdi


 

Prezident Aİ xüsusi nümayəndəsi ilə Qarabağ nizamlanmasını müzakirə etdi<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni təyin edilmiş xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
APA-nın məlumatına görə, Bakıya ilk dəfədir gəldiyini və burada şahidi olduğu inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını deyən Toivo Klaar Azərbaycan ilə daha yaxından tanış olmaqda maraqlı olduğunu vurğulayıb.
 
Dövlət başçısı T. Klaarın Azərbaycana, o cümlədən ölkəmizin regionlarına gələcəkdə də tez-tez səfərlər edəcəyinə ümidvar olduğunu bildirib və ona fəaliyyətində uğurlar arzulayıb.
 
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və münaqişənin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.
 





04.12.2017    çap et  çap et