525.Az

25 ildir milli dəyərlərin keçiyində - "525"-25


 

25 ildir milli dəyərlərin keçiyində - <b style="color:red">"525"-25</b>

Azərbaycanda “525-ci qəzet”in varlığı milli-mənəvi dəyərlərə xidmətin ən bariz nümunəsidir. Möhtərəm prezidentimiz İlham Əliyevin tarixi sözlərindən biri belədir.

“Əsl birlik-milli dəyərlərə  olan hörmətdir.” Ölkənin içtimai-siyasi həyatında bu birliyin təmin edilməsində “525”-ci qəzet” də 25 ildir ki, mühüm rol oynayır.

Qürur verici haldır ki, bu məşhur qəzetə, hamının-həm dövlətçiliyi qoruyanların, həm vətəndaşlıq mövqeyində dönmədən, enmədən, sınmadan duranların, həm ədəbi, həm də mədəni dəyərlərimizi, tariximizi, elmimizi yaradanların tribunasına 25 ildir ki, Rəşad Məcid kimi çox nüfuzlu və təcrübəli bir qələm sahibi başçılıq edir. Şübhəsiz, bu qəzet müstəqil Azərbaycan mətbuatının şanlı salnaməsinin səhifələrində özünə məxsus dəyərli yerini almışdır.

Mən Rəşad Məcidin fonemenal baş redaktorluğunu ayrıca qeyd etmək istərdim. Belə bir el misalı var; “Düz olan düz də qalar”.Təssüf ki, ilk variantını sonralar gülünc adamlar dəyişdirib gülünc hala salıblar. “Düz olan düzdə qalar” deyiblər. Rəşad Məcid kimi beynəlxalq səviyyəli qəzet çap edənlər isə o el misalının ilk variantına böyük əməlləriylə, doğru-düzgün  işləriylə özləri missal olublar. Düz olublar, “düzdə” qalmaqdan qorxmayıblar. Xəlil Rza Ulutürk bir vaxtlar yazmışdı:

Söz verib yerinə yetirən zaman
Görmədim özümə bərabərini!

Rəşad Məcidin də müəlliflərlə iş zamanı söz verib yerinə yetirməkdə ya tayı-bərabəri yoxdur, ya da çox azdı belə jurnalistlər, baş redaktorlar.

Onun qəzetinin qapısı hamının üzünə açıqdır. Könül qapısı kimi! El yolu kimi!

Mən Rəşad Məcidi və başçılıq etdiyi qəzetin kollektivini 25 illik yubiley münasibətilə təbrik edirəm. Ruhunuz şad olsun, deyirəm,Həsən Bəy Zərdabi, Əli Bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov! Nə yaxşı ki, sizə layiq varisləriniz var. Milli ruhludurlar, milli dəyərlərin keşiyindədirlər, mənəvi dünyamızı, mənəvi sərvətimizi dövlət sərhədi kimi qoruyurlar, varlığımızı bütün dünyaya tanıdırlar, sabahlara daşıyırlar!

 





04.12.2017    çap et  çap et