525.Az

Prezident Tailand kralına təbrik məktubu göndərdi


 

Prezident Tailand kralına təbrik məktubu göndərdi<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Tailand kralı Maha Vaçiralonqkorna təbrik məktubu ünvanlayıb.
 
APA-nın məlumatına görə, məktubda deyilir: "Əlahəzrət!
 
Tailand Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
 
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Tailand xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
 





04.12.2017    çap et  çap et