525.Az

Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru vəzifəsindən azad edilib


 

Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru vəzifəsindən azad edilib<b style="color:red"></b> Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru Mürsəl Əliyev vəzifəsindən azad edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Bakı şəhərinin bir sıra rayonlarında, xüsusilə də Xətai rayonu ərazisində yaşıllıqların qanunsuz məhv edilərək yerində tikinti işlərinin aparılması, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinin pozulması barədə daxil olmuş şikayətlər araşdırılıb. Araşdırma zamanı paytaxt ərazisində müxtəlif diametrli yaşköküstə ağacların kəsildiyi faktları aşkarlanıb. Ekoloji qanunvericiliyin pozulduğu, ətraf mühitin mühafizəsinə cavabdeh olan Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departametinin əməkdaşları tərəfindən Bakı şəhərində ətraf mühitin mühafizəsinə dövlət nəzarətinin qeyri-qənaətbəxş səviyyədə təşkil edildiyi müəyyən olunub.

Xidməti ərazilərdə ekoloji qanunvericiliyin pozulmasına, xüsusilə yaşıllıqların məhv edilməsinə qarşı zəruri tədbirlər görülməməsinə, məlumat və şikayətlərin vaxtında araşdırılmamasına görə, Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentin direktoru Mürsəl Əliyev və digər məsul şəxslər tutduqları vəzifədən azad ediliblər.
 





10.06.2013    çap et  çap et