525.Az

Bakıda Beynəlxalq İdman Filmləri Festivalı keçiriləcək


 

Bakıda Beynəlxalq İdman Filmləri Festivalı keçiriləcək<b style="color:red"></b>

Oktyabrın 9-dan 11-dək paytaxtımızda I Bakı Beynəlxalq İdman Filmləri Festivalı keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, 20-dək ölkənin təmsil olunacağı bu tədbirdə 50-dən çox bədii və sənədli film nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək festivalın münsiflər heyətində dünya kinematoqrafiya və idman aləmində böyük nüfuza malik simalar təmsil olunacaq. Filmlər Nizami Kino Mərkəzinin zallarında nümayiş etdiriləcək.

Festival iştirakçıları ən yüksək mükafat – “Qran-Pri” ilə yanaşı “İdman və cəmiyyət”, “İdman və şəxsiyyət” müsabiqə nominasiyalarında iştirak edəcəklər.

Bundan başqa münsiflər heyətinin “Xüsusi mükafatı” da yekunda öz sahibini tapacaq.

S.QARAYEVA

 





03.10.2012    çap et  çap et