525.Az

“Yenə iki od arasında” romanı təqdim olunacaq


 

“Yenə iki od arasında” romanı təqdim olunacaq<b style="color:red"></b>

Dekabrın 13-də, saat 14.00-da Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" Klubunda yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin “Yenə iki od arasında” romanının təqdimatı və imza günü keçiriləcək.

Bu il 130 illiyi qeyd edilən böyük söz adamı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr edilmiş, Qarabağ tarixi üstündə köklənən kitaba önsözü Xalq yazıçısı Anar, son sözü akademik Nizami Cəfərov yazıb.

Tədbir Azərbaycan Yazıçılar Birliyi və “Qələm” Nəşriyyatının təşkilatçılığı ilə baş tutacaq.

Təqdimat mərasimində nüfuzlu söz adamlarının iştirakı nəzərdə tutulur.

İştirak sərbəstdir.

 





11.12.2017    çap et  çap et