525.Az

Nyu-York meri: "Avtobus terminallındakı partlayış uğursuz terror cəhdidir"


 

Nyu-York meri: "Avtobus terminallındakı partlayış uğursuz terror cəhdidir"<b style="color:red"></b>

“Nyu-Yorkda avtobus terminalında baş vermiş partlayış terrorla əlaqəlidir”.

APA-nın NBC-yə istinadən verdiyi xəbərə görə, bunu Nyu-York meri Bill de Blasio jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hadisəni törədən 27 yaşlı Akayed Ullah olub. Banqladeş əsilli A. Ullah Bruklində yaşayırmış.

“Bu, uğursuz terror cəhdidir. Onların bizi narahat etməsinə icazə verməyəcəyik. Bu, onların yeganə məqsədidir”, - deyə mer əlavə edib.

Qeyd edək ki, Nyu-Yorkda partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan biri hadisəni törədən şəxsdir.

Partlayışın İŞİD terror təşkilatı tərəfindən törədildiyi ehtimal edilir.

 

 





11.12.2017    çap et  çap et