525.Az

700 avtobus kart sisteminə keçəcək


 

<b style="color:red">700 avtobus kart sisteminə keçəcək</b>

Gələn ilin birinci rübündə Bakıda 700 sərnişin avtobusu gediş haqqının kartla ödənilməsi sisteminə keçəcək.

525.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin direktoru Vüsal Kərimli danışıb.

O, deyib ki, bununla da Bakıdakı avtobusların 50 faizi kart sistemi ilə işləyəcək:

"Hazırda 19 marşrut üzrə 478 avtobus kart sisteminə keçib. Daha 700 avtobus da gələn ilin əvvəllərindən kart sisteminə keçəcək".

V.Kərimli bildirib ki, hazırda digər sərnişin avtobuslarının da kart sisteminə keçməsi üçün daşıyıcılarla danışıqlar davam etdirilir.

 





11.12.2017    çap et  çap et