525.Az

Məhkəmə Saakaşvilini həbsdən imtina etdi


 

Məhkəmə Saakaşvilini həbsdən imtina etdi<b style="color:red"></b> Kiyev məhkəməsi Odessa vilayətinin sabiq başçısı və Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin etməyib.
 
APA-nın “112 Ukrayna”ya istinadən verdiyi xəbərə görə, hakim Saakaşvilini Ali Rada deputatlarının zaminliyi ilə sərbəst buraxıb.
 
Məhkəmənin növbəti iclası dekabrın 14-də keçiriləcək.
 
Qeyd edək ki, Mixeil Saakaşvili dekabrın 8-də Kiyevdə saxlanılıb. O, Ukrayna Cinayət Məcəlləsinin 256-cı maddəsinin birinci hissəsi (cinayətkar təşkilatların üzvləri ilə işbirliyi və onların cinayət əməllərinin gizlədilməsi) ilə ittiham olunur.
 





12.12.2017    çap et  çap et