525.Az

Mehman Sadıqov: “12 saylı Cəzaçəkmə Müəssisəsində qiyam baş verməyib”


 

Mehman Sadıqov: “12 saylı Cəzaçəkmə Müəssisəsində qiyam baş verməyib”<b style="color:red"></b>

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyində olan 12 saylı Cəzaçəkmə Müəssisəsində daxili nizam-intizam qaydalarını pozan bir nəfər məhkum cərimə kamerasına salınıb.

Bu barədə APA-ya Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib.
 
M. Sadıqov bildirib ki, müəssisədə hər hansı qiyam baş verməyib: “Orada saxlanılan məhkumlardan biri nahar vaxtı yeməkxanada kobudluq edərək daxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğu üçün cərimə kamerasına salınıb. Həmin məhkum əvvəllər də dəfələrlə nizam-intizam qaydalarını pozub. 12 saylı  Cəzaçəkmə Müəssisəsində qiyam baş verməsi barədə yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir”.

 





10.06.2013    çap et  çap et