525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb.
 
Nazirliyin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, iyunun 11-də Bakıda və Abşeron yarımadasında  hava şəraitinin dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı  gözlənilir.
 
Əsasən səhər və axşam bəzi yerlərdə qısa müddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21 dərəcə, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.  Dəniz suyunun temperaturu 19-21 dərəcəyə çatacaq.
 
 
Azərbaycanın rayonlarına gəlincə, iyunun 11-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 6-11 dərəcə, gündüz 15-20 isti dərəcə olacaq.
 
 
İyunun 11-dən 12-dək Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
 





10.06.2013    çap et  çap et