525.Az

Yarpaq tökümü və yaxud düşüncələrim...


 

Yarpaq tökümü və yaxud düşüncələrim...<b style="color:red"></b>

Hər dua sənin xilasın üçün deyil...

Hər yaş və hər baş ağsaqqallıq deyil

Yel də bərəkətdir, yelin də...

Bada verənin özü də bada gedəcək...

Başqasının qazanını öz qaşığınla qarışdırma

Qisas - zaman bilmir, fürsƏt gözləyir

Dostluqda hər nöqtəyə atəş açmaq zərərlidir...

Bütün sərvətin Ağlındadır...

Yalın dalı gəlməyəndə qudurğanlıq gəlir...

Ruzi çıxanda şükranlıq et!..

Yolçunun da qibləsi var, yolun da...

Narahat adam yatanda da ayıq yatar

Əkdiyin nədisə - barı da o olacaq...

Sənətin varsa heç, bəs dəyəri nədir?!

Hər ətəkdən tutmazlar...

Biçənəyin yoxdursa, iti kərənti nəyinə lazım?!

Əlindəki silah - təkcə qorunmağın üçün deyil...

Ölüm var ki, nəslin sonun gətirir...

Ucalanın kiçilməyi böyüklük əlamətidir

Varın qüdrəti də var, zərbəsi də...

Yuxular haradan qaynaqlanır görəsən?!

Allah yolunu aşmış bəndəsinə hər dəfə bir cür xəbərdarlıq edir

Əlindən çıxıb uçan quş daha sənin deyil...

Ərkin çatırsa, qədərini bil...

Sevgi qanadlarında hər insan öz ağlına yiyəlik edə bilmir

HünƏrin şəraiti olmasa - ziyan gətirər

QƏlbin də  sulanmasa, quruyar

Bilməyin hələ də gec deyil...

Bəlanı balaya verməzlər, ya Rəbb!..

Ürək yanğısını hansı məlhəm sağalda bilər?!

Qulağının dalını qaşımaq ayrı şeydir, qulağının dalını görmək ayrı bir şey...

Adamın adamı himayəsi üçündür, qudurması üçün yox

Hər alqış, hər dua sənin ömür evinə bir kərpicdir

SƏrvƏt - barmaq hesabına çıxdısa, sayın da itirir, sanın da...

DilindƏ "yox" kəlməsi bitənin evində də quraqlıq olacaq

Ya qısılmış əl, ya kəsilmiş!..

Qudurğanlıq zatdan gəlir, sonradan qazanılmır...

Dualı qəlb açıqdır

SƏrvƏtin çoxaldıqca, bölüşdüklərin də çoxalacaq, didişdirənlərin də...

Hər qazanın öz çömçəsi var...

Yuxularda səfalı və təzadlı həyat yaşayıb qəflətən ayılırsan və... bu əzablı, məşəqqətli taleyin köhnə qaydada olduğunu görüb, təzədən o yuxulara qayıda bilmirsən...

QƏddarlıq - bütün cinayətlərə yol açar

Ölümü gözləməklə o, gələn deyil

Evin özülü çat versə, əlac tapılar, ailənin içi çat versə, bünövrə də çökəcək...

Əlini göyə qaldırmaqla dua hasil olmur, özünü əməlini qaldır

Dünyanın bütün canlıları bir-birini didir, hegemonluq edir, qidalandırır, yeyir, öldürür - insanlar da bax eləcə...

Ölüm ayağında insanın bütün əzaları dayanır, təkcə gözlər açıq qalır, onu da yanındakılar bağlayacaq...

Həyatın fəsilləri qarşısında hər insan tab gətirə bilmir

Yerişin də  duruşundan asılıdıraBöyründən ötüb keçdiyin gün - sabah sənin arxivin və tarixindir

Vərdişli ağız boş qalan kimi əyiləcək

Əldən tutmaq ayrı işdir, ayaqdan tutmaq ayrı

Bir an ayaq saxla: bu işi, bu yükü, bu adı qaldırmağa dəyərmi?!

Elə yaz ki, pozmayasan və elə yaz ki, poza da biləsən!

Geriyə gələn yolun hanı?!

Həyat tərzin - yaşam düsturunu sən müəyyənləşdirmirsən.

Üzün nuru, gözün işığı-ürəkdən qidalanır

Əsas qəlbinin saflığı olsun, tez-tez gərəyin olacaq

Bu yağış sularını göydən nura döndərib göndərən kimdir, bu bulaq sularını yerdən təmizləyib torpağın üzünə çıxaran kim?

Səni götürüb aparan da qəlbindəki istəklərdir...

Fikrini yarımçıq saxlayan, özünü də ac saxlayacaq

İnsanın bütün kəşfləri təbiətin üzərində qurulub

Fikri qarışıq, dağınıq adamın işləri də sabun köpüyü kimi olur...

Yaradılan hər bir şeyin də yaradanı var

Oturub yeyirlər, uzanıb yatırlar, qalxıb gedirlər - bunlar yaşam ritmləridir, qarışdırma...

Nədənsə, mənə elə gəlir ki, fəsillərin ən yetimi payızdır...

Ayıbı gedəndə gör, qayıdanda yox...

Məhvərindən çıxan təbiət qəzəbə gəlib dünyanı məhvərindən çıxarar...

MeyvƏlƏr - sanki fəsillərin "mənzil növbəsinə" durublar...

Atını cilovu əlində olanda coşdur...

Bir qismət çörək bəzən insanın başına çox bəlalar açar...

Ölüm ayağında ayağının altında kimdir duran - bax, budur son qazancın...

Nazını çəksələr yaxşıdır...

Ürəkdən gəlmirsə - çörəyi də olmayacaq, xeyri də...

Hər bir hərəkətində "dayanacaqlar" da olmalıdır

BƏdbƏxtlik bir qapını tanıdısa - birə kimi daraşacaq

Ağacları əsdirən küləklərdir, bəs səni əsdirən nədir - içindəki qorxu küləkləri?!

Bütün münasibətlər də rənglər kimidir - seçib dəyərləndirmək lazımdır

Hər əməl bir vərdiş yaradar və... geriyə qayıtmağı çox çətin olar...

Sənin kimi ola bilməyən səni "həzm" edə bilməyəcək...

Pislik yalnız bir rəngdə olur

Südü olan bütün canlılar hörmətə layiqdir

İntizar üzücü olar

Hər Xalda bir sirr yatır...

Qonşuluq - həm də sənin hesabatın, məsuliyyətindir, bilirsənmi?!

Ömür daim irəliyə gedir, arxaya qayıtmır, arxada yalnız əməllərin qalır

Şan-şöhrƏtİ qazanmaq çox çətindir, itirmək isə çox asan

İçindəki səsləri dinlə, sonra səsləndir 

Hər qazanın qapağın açmazlar...

İçin korluğu rəzalətdir...

Allaha dualar tək dilinlə yetişməz...

 





13.12.2017    çap et  çap et