525.Az

Mübarək! - Oqtay Rzanın şeiri


 

Mübarək! - <b style="color:red">Oqtay Rzanın şeiri </b>

Yazıçı-dramaturq İmir Məmmədliyə

Efirdən yayılan xəbər xoş, yeni,
Sıxır məngənə tək yadı, xaini!
Gəlin, alqışlayaq İctimaini
İmir Məmmədlinin yubileyində!

Nə yersiz kükrəyək, nə vaxtsız coşaq,
Haqq sözü söyləyək, qəlbən danışaq.
Xəyalən keçilməz sərhədlər aşaq
İmir Məmmədlinin yubileyində!

Qabaqda yaşının hələ yüzü var,
Gürcü dilində də ürək sözü var;
Ay ellər, nə yaxşı özü. Özü var,
İmir Məmmədlinin yubileyində!

Kaş ki, üzümüzə dövran güləydi-
Ərdəbil, Borçalı, Dərbənd gələydi,
Üçü də "mübarək!" deyə biləydi
İmir Məmmədlinin yubileyində!

Layiqli övladdır Azərbaycana,
Adı əks etdirir dəyərli məna!
Bütövlük yazarı söyləyək ona-
İmir Məmmədlinin yubileyində!

 





13.12.2017    çap et  çap et