525.Az

İsrail Qəzza zolağı ilə sərhədi bağladı


 

İsrail Qəzza zolağı ilə sərhədi bağladı<b style="color:red"></b>

İsrail hökuməti Qəzza zolağı ilə sərhəddə iki sərhəd buraxılış məntəqəsini bağlayıb.

APA-nın məlumatına görə, bu barədə “The Times of Israel” xəbər verib.

Buna səbəb kimi son günlər Qəzza zolağından İsrail ərazisinin raketlərdən atəşə tutulması göstərilir.

Məlumata əsasən, "Erez" və "Kərəm Şalom" sərhəd keçidləri humanitar hallar istisna olmaqla, insanların və malların buraxılması üçün bağlanıb. Keçidlərin nə vaxt açılacağı barədə məlum verilmir.

 





14.12.2017    çap et  çap et