525.Az

Kanadada sərnişin təyyarəsi qəzaya uğradı


 

Kanadada sərnişin təyyarəsi qəzaya uğradı<b style="color:red"></b>

Kanadada “West Wind Aviation” şirkətinə məxsus ATR-42 təyyarəsi qəzaya uğrayıb.

APA-nın məlumatına görə, bu barədə “CBC” telekanalı xəbər verib.

Hadisə Fond-dü-Lak yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb. Qəza zamanı təyyarənin göyərtəsində 22 sərnişin və 3 ekipaj üzvü olub.

İlkin məlumata əsasən, təyyarə havaya qalxarkən qəzaya uğrayıb. Qəza nəticəsində yaralananların olduğu bildirilir. Ölənlər barədə məlumat yoxdur.

Qəzanın səbəbləri araşdırılır.

 





14.12.2017    çap et  çap et