525.Az

Gələn il təhvil veriləcək xam pambığın alış qiymətləri artırılacaq


 

Gələn il təhvil veriləcək xam pambığın alış qiymətləri artırılacaq<b style="color:red"></b>

"Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planının icrasına uyğun olaraq pambıqçılığın inkişaf etdirilməsi məqsədilə dekabrın 1-də İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin rəhbərlərinin iştirakı ilə pambıq istehsalı və emalı ilə məşğul olan "MKT İK" MMC və "CTS AQRO" MMC-nin nümayəndələri ilə görüş keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə cari ildə görülən işlər, pambıq yığımının gedişi, tədarükü və emalı vəziyyəti, eləcə də qarşıya qoyulan hədəflərə nail olunması üçün 2018-ci ildə həyata keçirilməsi vacib olan məsələlər müzakirə edilib.

Pambıq əkən fermerlərin məhsul istehsalına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər ton üçün 100-110 manat artırılaraq 2018-ci ildə aşağıdakı kimi müəyyənləşdirilməsi barədə razılıq əldə edilib.

 





14.12.2017    çap et  çap et