525.Az

Azərbaycanlı biznesmenin oğlu Rusiyada itkin düşüb


 

Azərbaycanlı biznesmenin oğlu Rusiyada itkin düşüb<b style="color:red"></b>

Azərbaycanın Ucar rayonunun sakini Rusiyada itkin düşüb.

APA-nın yerli bürosunun məlumatına görə, uzun müddətdir Rusiya Federasiyasının Kostroma şəhərində yaşayan Xalac kənd sakini Əhmədov Məhəmmədəli Məmmədsalah oğlunun 1 aydan çoxdur itkin düşdüyü bildirilir.
 
Yaxınlarının verdiyi məlumata görə, M. Əhmədov valideynləri Azərbaycanda olarkən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Valideynləri 1 aydan çoxdur ki, yoxa çıxan  M. Əhmədovun itkin düşməsi ilə əlaqədar Rusiya hüquq-mühafizə orqanlarına məlumat versələr də, bu günə kimi ondan heç bir xəbər çıxmayıb.
 
M. Əhmədovun atasının uzun illərdi ki, Rusiyada biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir.

 





10.06.2013    çap et  çap et