525.Az

Goranboyda yeni içməli su təchizatı infrastrukturu yaradıldə


 

Goranboyda yeni içməli su təchizatı infrastrukturu yaradıldə <b style="color:red"></b>

Goranboyun Veyisli kəndində yeni içməli su təchizatı infrastrukturunun yaradılması münasibətilə tədbir keçirilib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, tədbirdə çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev son illər rayonda aparılan abadlıq və quruculuq işlərindən danışıb. Bildirib ki, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasında içməli su ilə təminat mühüm yer tutur.

Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədov kəlbəcərli məcburi köçkünlərin böyük bir hissəsinin Goranboyda məskunlaşdığını xatırladaraq yeni salınmış Veyisli köçkün qəsəbəsinə içməli suyun verilməsini mühüm hadisə adlandırıb.

“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov isə regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində indiyə qədər 47 şəhər və rayon mərkəzində, eləcə də 300-dən artıq kənddə layihələrin icra edildiyini, insanların keyfiyyətli və dayanıqlı su ilə təmin olunduğunu diqqətə çatdırıb: “Dövlət başçısının tapşırıqlarına uyğun olaraq 170 kənddə yeni su təchizatı infrastrukturlarının yaradılması nəzərdə tutulub. Artıq tikinti-quraşdırma işləri yekunlaşıb və kəndlərin böyük bir hissəsinə suyun verilməsi təmin edilib. 2018-ci ildə respublikanın digər kənd yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması üçün araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, Goranboy rayonunda icra olunan layihə Veyisli və Abbasqulular kəndini, həmçinin, Veyisli məcburi köçkün qəsəbəsini əhatə edib.

CEYHUN

 





16.12.2017    çap et  çap et