525.Az

Trampın qəribə vərdişlərinin siyahısı açıqlandı


 

Trampın qəribə vərdişlərinin siyahısı açıqlandı<b style="color:red"></b>

"The Independent" nəşri ABŞ president Donald Trampın 9 qəribə vərdişini açıqlayıb.

APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, daxili qeyri-rəsmi qaydalara əsasən, Ağ Evdəki televizor pultlarına yalnız D.Tramp və texniki dəstək əməkdaşları toxuna bilər. 

Bundan başqa, D.Trampın şəxsi gigiyena məsələlərinə ciddi diqqət yetirdiyi qeyd olunur. Onun yoluxucu xəstəliklərdən çox ehtiyyat etdiyi və bu səbəbdən tez-tez əllərini yuduğu qeyd olunur.

Nəşrin məlumatına görə, D.Tramp fastfud təamlarına üstünlük verir və gün ərzində 12 butulkayadək diyetik kola içir.  

Daha bir qəribə vərdiş prezident iqamətgahı ilə bağlıdır. Məlumata görə, D.Tramp qonaqlarına Ağ Evin vanna otaqlarını nümayiş etdirməyi çox sevir.

 





18.12.2017    çap et  çap et