525.Az

Azərbaycanın İsraildən aldığı pilotsuz uçuş aparatları ilk dəfə paradda


 

Azərbaycanın İsraildən aldığı pilotsuz uçuş aparatları ilk dəfə paradda<b style="color:red"></b>

İyunun 26-da Bakıda keçiriləcək hərbi parada Azərbaycan Silahlı Qüvvələrinin son illərdə silahlanmaya qəbul etdiyi müasir pilotsuz uçuş aparatlarının (PUA) bir qisminin nümayişi planlaşdırılır.

Bu barədə APA-ya öz hərbi mənbələrindən məlumat verilib.
 
Yerli müəssisələrdə istehsal olunmuş “Aerostar” tipli taktik, “Orbiter-2M” tipli mini PUA-larla yanaşı, İsraildən alınmış “Heron” və “Hermes” tipli PUA-lar da keçid edəcək.
 
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin inventarında yer alan PUA-lar ilk dəfə 2008-ci ildə keçirilən hərbi parada ictimaiyyətə nümayiş etdirilib.
 
2011-ci ildə Bakıda İsrailin “Aeronautics Defence” şirkəti ilə birgə “Aerostar” və “Orbiter-2M” tipli PUA-ların istehsalına başlanıb. Azərbaycan 2011-2012-ci illərdə İsraildən “Heron”, “Hermes-450” və “Hermes-900” tipli PUA-lar satın alıb. Paradda bu PUA-ların nümayişi nəzərdə tutulur.
 

 





10.06.2013    çap et  çap et