525.Az

Hərbi yönümlü QHT rəhbərləri Türkiyə səfiri ilə görüşdülər


 

Hərbi yönümlü QHT rəhbərləri Türkiyə səfiri ilə görüşdülər<b style="color:red"></b>

Türkiyə Respublikasının Bakı şəhərindəki səfirliyində Azərbaycanda fəaliyyət göstərən QHT rəhbərləri ilə görüş keçirilib.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlinin təşəbbüsü ilə keçirilən görüşdə Ehtiyatda olan Zzabitlər Konfederasiyası İctimai Birliyinin sədri, ehtiyatda olan general-mayor Məhəmmədhüseyn Sarıyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin sədri Mirhəsən Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev də iştirak ediblər.

Görüşdə bildirilib ki, Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi əlaqələr, elm, təhsil, mədəniyyət və QHT-lər sahəsində əməkdaşlıq davamlı inkişaf edir. Dövlət və hökumət xadimlərinin, hərbi yönümlü qeyri-hökumət təşkilatlarının siyasi və iqtisadi məsələlər üzrə aidiyyətli qurumların rəhbərlərinin qarşılıqlı səfərləri, sahələr üzrə idarələrarası qurumların, müştərək komissiyaların mütəmadi keçirilən iclasları ölkələrimiz arasında siyasi, iqtisadi və ictimai sahədə əməkdaşlığın inkişafına böyük töhfələr verir.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Azərbaycanda olan hərbi yönümlü təşkilatların fəaliyyətini, onların üzvlərinin Türkiyəyə səfərini və bu səfərlərin ikitərəfli əməkdaşlığa, gənc nəslin vətənpərvər ruhda böyüməsinə xidmət etdiyini bildirib  və onların fəaliyyətini yüksək qiymətləndirib.

CEYHUN

 





18.12.2017    çap et  çap et