525.Az

"İstəyirik, Azərbaycana daha çox avropalı, Avropaya isə daha çox azərbaycanlı səfər etsin"


 

"İstəyirik, Azərbaycana daha çox avropalı, Avropaya isə daha çox azərbaycanlı səfər etsin"<b style="color:red"></b>

“Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında hərtərəfli sazişin imzalanması istiqamətində iş aparılır”.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Beynәlxalq Miqrant Gününә hәsr edilmiş tәdbirdə çıxışında deyib.

Aİ-nin Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidməti ilə birlikdə layihələr həyata keçirdiyi vurğulayan K. Yankauskas bir müddət əvvəl Brüsseldə Şərq Tərəfdaşlığı sammiti keçirildiyini  xatırladıb: “Biz istəyirik ki, Azərbaycana daha çox avropalı gəlsin, Avropaya isə daha çox azərbaycanlı getsin. Bu istiqamətdə əməkdaşlığımızı genişləndirmək istəyirik”.

 





18.12.2017    çap et  çap et