525.Az

Bu il Azərbaycana gələn xarici vətəndaşların sayı artıb


 

Bu il Azərbaycana gələn xarici vətəndaşların sayı artıb<b style="color:red"></b>

"2017-ci ilin 11 ayı ərzində Azərbaycana gələn xarici vətəndaşların sayında 20% artım müşahidə edilib”.

APA-nın xəbərinə görə, bunu mədəniyyət  və turizm nazirinin müavini Nazim Səmədov deyib.

Nazir müavini qeyd edib ki, cari ilin 11 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2 477 908 nəfər olub:

“Ölkəmizə əsasən Rusiya, Gürcüstan, İran, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin vətəndaşları səfər ediblər”.

 





18.12.2017    çap et  çap et