525.Az

Səhiyyə Nazirliyi “Şıxov”da çimməyi qadağan edəcək


 

Səhiyyə Nazirliyi “Şıxov”da çimməyi qadağan edəcək<b style="color:red"></b> “Şıxov” çimərliyində çimmək qadağan olunacaq”.

Lent.az-ın məlumatına görə, bunu APA TV-nin “Sosium” proqramına müsahibəsində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib. Onun sözlərinə görə, dəniz sularının laborator müayinəsinin nəticələrinə əsasən bu qənaətə gəlinib: “Artıq həmin ərazidə məlumat da yerləşdiriləcək”.
 
Z. Kazımov onu da vurğulayıb ki, vətəndaşlar da qadağan olunmuş çimərliklərə getməsinlər: “Çünki qadağan olunmuş çimərliklərdə çimmək, yəni insanların məsuliyyətsizliyi onlarda mədə-bağırsaq xəstəliklərinin yaranmasına və yayılmasına səbəb olur. Əhalini bununla bağlı maarifləndirmək istiqamətində işlər aparılıb. Eyni zamanda roliklərin də hazırlanması müsbət bir addım olar”.
 





10.06.2013    çap et  çap et