525.Az

AMEA əməkdaşları üçün inşa ediləcək binanın təməlqoyma mərasimi keçiriləcək


 

AMEA əməkdaşları üçün inşa ediləcək binanın təməlqoyma mərasimi keçiriləcək<b style="color:red"></b>

“Science City” yaşayış kompleksində qazıntı işlərinə başlanılıb.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) APA-ya verilən məlumata görə, Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Alimlər şəhərciyi”ndə Akademiya əməkdaşları üçün kooperativ binanın tikilməsi nəzərdə tutulur.

Bu məqsədlə akademiyaya məxsus torpaq sahəsində inşa ediləcək tikinti kompleksində layihələndirilmə işləri aparılıb. Eyni zamanda, mənzillərin AMEA əməkdaşlarına sərfəli kredit şərtləri ilə təklif edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.

AMEA-nın İşlər idarəsinin müdiri, siyasi elmlər doktoru Fətəli Abdullayev bildirib ki, yaxın günlərdə Saray qəsəbəsində AMEA prezidenti, akademik Akif Əlizadənin iştirakı ilə təməlqoyma mərasiminin keçiriləcək.

O qeyd edib ki, sosial-məişət və digər problemlərin həlli istiqamətində nəzərdə tutulan növbəti tədbirlərdən biri də AMEA-nın poliklinikasının açılmasıdır.

Layihənin rəhbəri Elçin Orucov bildirib ki, 7 hektar sahədə ilkin olaraq 2, ümumilikdə isə 18 blokun tikilməsi nəzərdə tutulur: ““Science City” yaşayış kompleksi ekoloji təmiz havası olan ərazidə yerləşir. Kompleksin həyəti və ətrafında böyük parklar salınacaq. 1, 2, 3 otaqlı mənzillərin müasir dizaynda və yüksək keyfiyyətlə tikilməsi planlaşdırılır”.

Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov deyib ki, yaşayış kompleksində məktəb, uşaq bağçası, ictimai iaşə və sosial obyektlərin də inşasının nəzərdə tutulub.

 





19.12.2017    çap et  çap et