525.Az

“Azərbaycan Çexiyanın enerji təhlükəsizliyində böyük rol oynayır”


 

“Azərbaycan Çexiyanın enerji təhlükəsizliyində böyük rol oynayır”<b style="color:red"></b>

"2016-cı illə müqayisədə Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsi təxminən 100 faiz artıb”.

APA-nın məlumatına görə, bunu Çexiyanın Azərbaycandakı səfirliyinin ticarət nümayəndəsi Yan Yindrix deyib.

Diplomat bildirib ki, bu ilin yanvarından oktyabr ayınadək iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 920 milyon dollar olub. Çexiyadan Azərbaycana idxal 78 milyon dollar təşkil edib.

O bildirib ki, bu həm də iki ölkənin iqtisadiyyatında müşahidə olunan yüksəlişə bağlıdır: "Bu həm də onunla bağlıdır ki, Çexiya Azərbaycandan əsasən neft idxal edir. 2016-cı ildə Çexiyada neft emalı zavodlarından biri fəaliyyətini dayandırmışdı. 4 ay demək olar ki, işləmədi və bu da rəqəmlərə təsir etdi. Azərbaycandan idxal edilən neft ehtiyaclarımızın 1/3-ni təmin edir. Bu baxımdan Azərbaycan Çexiyanın enerji təhlükəsizliyində böyük rol oynayır".

 





19.12.2017    çap et  çap et