525.Az

Nazir: "Daha böyük data mərkəzin tikintisi nəzərdə tutulur"


 

Nazir: "Daha böyük data mərkəzin tikintisi nəzərdə tutulur"<b style="color:red"></b>

"Gələcəkdə Azərbaycanda daha böyük data mərkəzin tikintisi nəzərdə tutulur".

"APA-Economics" xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib.

"Bu mərkəzdə bütün dövlət qurumları cəmləşdiriləcək. Sevindirici haldır ki, hal-hazırda fəaliyyət göstərən data mərkəzə təkcə dövlət qurumları yox, eyni zamanda Azərbaycanda fəaliyyət göstərən şirkətlər də maraq göstərir", - deyə nazir vurğulayıb.

Azərbaycanın regionda ən böyük data mərkəzinə sahib olduğunu xatırladan R.Quluzadə Yevlaxda Ehtiyat Data Mərkəzinin qurulduğunu əlavə edib.

 





19.12.2017    çap et  çap et