525.Az

Bərdədə doğuş zamanı baş verən ana ölümünün səbəbi açıqlandı - Yenilənib


 

Bərdədə doğuş zamanı baş verən ana ölümünün səbəbi açıqlandı - <b style="color:red">Yenilənib </b>

Bərdə rayonunda doğuş zamanı baş verən ana ölümünün səbəbi açıqlanıb.

Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsinin həkimi Tünzalə Quliyeva APA-nın yerli bürosuna bildirib ki, 31 yaşlı qadının üzərində aparılan qeysəriyyə əməliyyatı zamanı anada emboliya yaranıb, dölyanı maye qəflətən qana keçib:

“Anada aşağı venalar açıq olub. Bu səbəbdən də böyük həcmli maye qana keçib. Könül Əliyevanı bu səbəbdən, yəni damarlara keçən hava səbəbindən itirdik. Bu kimi hadisələr çox nadir hallarda baş verir”.

14:13

Bərdədə ana doğuş vaxtı ölüb.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, Bərdə rayon Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Könül Əliyeva Bərdə Mərkəzi Rayon Xəstəxanasında qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişib.

Yeni doğulan körpəni xilas etmək mümkün olub.

Bərdə Rayon Prokurorluğunda müvafiq araşdırmalara başlanıb.

 





19.12.2017    çap et  çap et