525.Az

"Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili" nəşr edildi


 

"Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili" nəşr edildi<b style="color:red"></b>

"Türkologiya" jurnalının məsul katibi Elçin İbrahimovun "Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili" adlı monoqrafiyası çap olunub.

Kitabda türk xalqları arasında əlifba islahatları istiqamətində görülən işlər, XX əsrin başlanğıcından günümüzə qədər davam edən proseslər araşdırılıb, türklər arasında ortaq ünsiyyət dilini formalaşdırmaq üçün əlifba və imla problemlərini həll etmək kimi məsələlər elmi-nəzəri aspektdə tədqiq edilib.

Əsərdə türk xalqlarının ortaq və ümumi əlifbaya keçməsi yollarının müəyyənləşdirilməsi, nəzərdə tutulan yeni əlifbada türk dillərindəki ortaq səslər üçün istifadə ediləcək ortaq hərflər, ortaq ünsiyyət dili üçün imla məsələlərinin günümüzdə yenidən aktuallığı öz əksini tapıb.

Monoqrafiyadan türkoloq-dilçilər, filologiya fakültələrinin bakalavr, magistr və doktorantları faydalana bilərlər.

Monoqrafiyanın elmi redaktoru akademik Möhsün Nağısoylu, rəyçiləri professor Elbrus Əzizov, Kamil Bəşirov və Tünzalə Baxşıyevadır.

ŞAHANƏ

 





19.12.2017    çap et  çap et