525.Az

Bərpa mərkəzlərində 35 minədək şəxsə reabilitasiya xidmətləri göstərilib


 

Bərpa mərkəzlərində 35 minədək şəxsə reabilitasiya xidmətləri göstərilib<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində cari ilin yanvar-noyabr aylarında ümumilikdə 34 671 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa reabilitasiya xidmətləri göstərilib.

Nazirlikdən verilən məlumata görə, onlardan bir hissəsi stasionar, qalanları ambulator şəraitdə bərpa müalicəsi xidmətləri ilə təmin olunub.

Bərpa mərkəzlərində əlilliyi olan şəxslərin sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası məqsədilə müasir metodika və texnologiyalardan istifadə edilməklə kompleks tibbi və sosial, peşə reabilitasiyası tədbirləri görülüb. Bu təbəqədən olan hər bir şəxslə bağlı fərdi reabilitasiya proqramı hazırlanaraq həyata keçirilib. Bərpa müalicəsi alanların yaşı və sağlamlıqları nəzərə alınmaqla onlar mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb olunub, dietik və rasional qidalanmaları təşkil edilib.


Həmçinin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya potensiallarının təyin olunması və reallaşdırılması üçün məqsədyönlü işlər aparılıb. Səmərəli fizioterapevtik müalicə üsulları əsasında onların sağlamlıqlarının bərpası, eləcə də tədris-peşə reabilitasiyası üçün kompleks tədbirlərin həyata keçirilməsi təmin edilib.

Eyni zamanda, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların protez-ortopedik xidmətlərlə təminatı işləri davam etdirilir. Yanvar-noyabr aylarında nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən bu təbəqələrdən olan şəxslərə dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə 28 936 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən, 908 ədəd əlil arabası, 1 582 ədəd aşağı və yuxarı ətraf ortezi, 8270 ədəd müxtəlif reabilitasiya vasitələri, 1 188 ədəd aşağı və yuxarı ətraf protezi, 2 425 cüt protez ayaqqabı, 4 233 cüt ortopedik ayaqqabı, 573 ədəd bel və boyun nahiyəsi üçün korset, 221 ədəd ortopedik aparat verilib.

CEYHUN

 





19.12.2017    çap et  çap et