525.Az

İdxal edilən vertolyot və təyyarələr rüsumdan azad edildi


 

İdxal edilən vertolyot və təyyarələr rüsumdan azad edildi<b style="color:red"></b>

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən vertolyotlar, təyyarələr, kosmik aparatlar (peyklər daxil olmaqla) və paraşütlər gömrük rüsumundan tam azad edilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən bu mallar hazırda 0,50 faiz idxal gömrük rüsumuna cəlb edilir.

 





19.12.2017    çap et  çap et