525.Az

ABŞ-da 30 ilin ən irimiqyaslı vergi islahatı


 

ABŞ-da 30 ilin ən irimiqyaslı vergi islahatı <b style="color:red"></b>

ABŞ Konqresinin Nümayəndələr Palatası sahibkarlıq və fiziki şəxslər üçün vergi dərəcəsinin azaldılmasını nəzərdə tutan islahatı qəbul edib. 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, qanun layihəsi hazırda Senata yönəldilib. Yuxarı palata da qanunu qəbul etsə, sənəd imzalanması üçün prezident Donald Trampa təqdim ediləcək.  

Qeyd olunan dəyişiklik ABŞ-da son 30 ildə ən irimiqyaslı vergi islahatıdır.

Şirkətlər üçün hazırda 35% təşkil edən vergi dərəcəsinin 2018-ci ildən 21 faizə endiriləcəyi gözlənilir.

 





20.12.2017    çap et  çap et