525.Az

Ağ Ev Şimali Koreya ilə danışıqları dəstəkləyir


 

Ağ Ev Şimali Koreya ilə danışıqları dəstəkləyir<b style="color:red"></b>

“Ağ Ev Şimali Koreya ilə diplomatik danışıqların aparılmasını dəstəkləyir. Vaşinqton Pxenyanın danışıqların aparılmasına hazır olmasını gözləməkdədir”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Reks Tillerson bildirib.  

“Ağ Ev diplomatik danışıqlardan imtina etmir. Prezident və Ağ Evin mövqeyi Şimali Koreyaya qarşı təzyiq kampaniyası aparmaqdır. Ağ Evin mövqeyi aydındır: Ağ Ev diplomatik danışıqları dəstəkləyir. Lakin biz Şimali Koreyanın belə bir nəticəyə gəlməsini gözləyirik. O vaxtadək isə təzyiq gücləndiriləcək”, - deyə dövlət katibi qeyd edib.

Onun sözlərinə görə, Şimali Koreya təmaslara hazır olduğunu bəyan etdikdən sonra ABŞ danışıqlara başlaya biləcək. 

“Ən əsası odur ki, Şimali Koreya bir şeyi anlamalıdır: nüvə proqramının icrası davam etdirildikcə təzyiq daha da gücləndiriləcək”, - deyə R.Tillerson qeyd edib.

 





20.12.2017    çap et  çap et