525.Az

Bakıda 13 yaşlı qız yoxa çıxıb


 

Bakıda 13 yaşlı qız yoxa çıxıb<b style="color:red"></b> Bakı şəhərinin Yasamal rayonu ərazisində 13 yaşlı qız itkin düşüb.

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yeni Yasamal sakini Jalə Qasımova 27-ci Polis Bölməsinə gələrək yeniyetmə qızının itkin düşməsi barədə məlumat verib. Qadın bildirib ki, qızı 2000-ci il təvəllüdlü Könül Bağırova iyunun 9-da marketə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
 
13 yaşlı qızın xarakterik əlamətləri götürülüb. K.Bağırovanın axtarışına başlanılıb.
 





11.06.2013    çap et  çap et