525.Az

"Məqsədimiz Suriyada xaosu bitirməkdir"


 

"Məqsədimiz Suriyada xaosu bitirməkdir"<b style="color:red"></b>

"Astana prosesi Suriyada atəşin dayandırılması baxımından böyük rol oynayıb. Bu faydalı prosesi davam etdirəcəyik".

APA-nın məlumatına görə, bunu Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

O, Türkiyənin Cenevrə prosesini də dəstəklədiyini bildirib: "Lakin son görüşdə nəticə əldə olunmadı. İndi siyasi həllə köklənməliyik. Davamlı həll yalnız siyasi yolla mümkündür. Bunun üçün terror təşkilatlarından başqa bütün tərəflər görüşməlidir. Soçi sammitində belə bir qərar alındı. Həmçinin, ölkə seçkilərə hazırlanmalıdır. Demokratik, şəffaf ədalətli seçki olmalıdır.

Ölkənin bunun üçün Konstitusiyaya ehtiyacı var. Bu isə Suriya xalqı tərəfindən hazırlanmalı və müzakirə edilməlidir. Bizim məqsədimiz Suriyada xaosu bitirmək, ölkəyə təkrar sülh və sabitlik gətirməkdir".

 





20.12.2017    çap et  çap et