525.Az

“Rəqs et!” layihəsinə start verildi


 

“Rəqs et!” layihəsinə start verildi<b style="color:red"></b>

Gənclər Fondu, “İrəli” İctimai Birliyi və Azərbaycan Rəqs Assosiasiyasının dəstəyi ilə “Rəqs et!” layihəsinə start verilib.

Bu münasibətlər təşkil olunan tədbirdə çıxış edən “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov ölkədə gənclər üçün yaradılan şəraitdən, Gənclər Fondunun bu istiqamətdə nümunəvi fəaliyyətindən danışıb. O bildirib ki, öz növbəsində rəhbərlik etdiyi “İrəli” İctimai Birliyi gənclərin ictimai həyatda fəallığının artırılması istiqamətində təşəbbüsləri dəstəkləyir, dövlət gənclər siyasətinə töhvələrini verməyə çalışır. M.Seyidov daha sonra təşkilatın həyata keçirməyə hazırlaşdığı “Milli Təcrübə Forumu” haqda məlumat verib.

Qeyd edək ki, Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi Elvin Səhətbəylinin rəhbərliyi ilə həyata keçirilən “Rəqs et!” layihəsi Azərbaycanda yerli və beynəlxalq rəqslərin təbliğinə yönəlib. Layihə çəçivəsində müxtəlif rəqslərdən ibarət video-çarx ərsəyə gətirilib.

“Rəqs et!” layihəsinin əsas məqsədi yaradıcı gənclərin cəmiyyətə tanıdılmasıdır.

CEYHUN

 





20.12.2017    çap et  çap et