525.Az

Fərdi uçot sistemində qeydiyyata alınan şəxslərin sayı artdı


 

Fərdi uçot sistemində qeydiyyata alınan şəxslərin sayı artdı<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı 2017-ci ilin ötən dövründə artmaqda davam edir.

Nazirlikdən verilən məlumata görə, cari ilin yanvar-noyabr aylarında sistemdə əlavə olaraq 185 663 nəfərə fərdi şəxsi hesab açılıb. Bununla da sistemdə qeydiyyata alınan sığortaolunanların sayı 3 559 220 nəfərə çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 206 237 nəfər və ya 6,15 faiz çoxdur.

Ölkəmizdə 2006-cı ildən etibarən fəaliyyət göstərən fərdi uçot sistemi qanunvericiliyə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan barədə məlumatların uçotunun təşkili və aparılmasına xidmət edir. Dövlət Sosial Müdafiə Fondu hər bir sığortaolunan şəxsə uçot dövründə daimi sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açır. Bununla da vətəndaşlar fərdi şəxsi hesablarında pensiya kapitalı toplamaq imkanı əldə edirlər.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən biri olan "Sığortaolunanlara məlumatların verilməsi" elektron xidmətindən istifadə etməklə vətəndaşlar fərdi şəxsi hesablarında toplanan pensiya kapitalları barədə mütəmadi şəkildə məlumat öyrənə bilirlər.

CEYHUN

 





20.12.2017    çap et  çap et